Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qarabağ" UEFA Avropa Liqasında pley-offa yüksəlib -  Yenilənib

"Qarabağ" UEFA Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib...

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Finlandiyada HİK-in qonağı olub.

"Bolt Arena"dakı qarşılaşma "köhlən atlar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandanın qollarını 45+3-cü dəqiqədə penaltidən Toral Bayramov, 56-cı dəqiqədə Yassin Benzia vurub. Meydan sahiblərində Santeri Hostikka 11-ci dəqiqədə fərqlənib. Kevin Kuassivi-Benissan isə 17-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq Helsinki klubunu azlıqda qoyub.

İlk matçda da rəqibini eyni hesabla üstələyən "Qarabağ" UEFA Avropa Liqasının pley-offuna yüksəlib. Ağdamlılar bu raundda Sloveniya çempionu "Olimpiya" ilə üz-üzə gələcək.

***

Finlandiyada HİK və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda növbəti qol vurulub.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi hesabda önə keçib - 2:1.

55-ci dəqiqədə Yassin Benzia fərqlənib.

***

"Report"un məlumatına görə, hazırda hesab bərabərdir - 1:1.

11-ci dəqiqədə meydan sahiblərinin üzvü Santeri Hostikka fərqlənib, 45+4-cü dəqiqədə isə Toral Bayramov penaltidən tarazlığı bərpa edib.

***

Finlandiyada HİK və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

Finlandiyada HİK və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu başlayıb.

Meydan sahiblərinin heyətində Santeri Hostikka Santeri Hostikka 11-ci dəqiqədə fərqlənib.

***

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Görüşü Fransadan olan FİFA referisi Villi Delajod idarə edir. İlk oyunda Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. Cütün qalibi növbəti raundda Sloveniya çempionu "Olimpiya" ilə üz-üzə gələcək.

***

Finlandiyada UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək HİK və "Qarabağ"ın start heyətləri bəlli olub...

Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Junino, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov

HİK: 85. Niki Myanpa, 2. Tuomas Ollila, 4. Yoona Toyvio, 9. Boyan Raduloviç, 10. Lukas Linqman, 15. Miro Tenho, 18. Topi Keskinen, 22. Yukka Raytala, 24. Georgios Kanellopulos, 27. Kevin Kuassivi-Benissan, 7. Santeri Hostikka,

Ehtiyat oyunçular: 1. Yesse Öst, 78. Aleks Ramula, 3. Nikolas Hyömyölöynen, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme, 8. Filip Rogiç, 11. Roope Riski, 14. Matti Peltola, 17. Hassane Bande 29. Entoni Olusanya, 56. Perparim Hetemay, 37. Atomu Tanaka,

Baş məşqçi: Toni Korkeakunnas

Qeyd edək ki, "Bolt Arena"da oynanılacaq görüş saat 20:00-da başlayacaq.(report)

Poliqon.info


Etiket: Avropa Liqası


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar